Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq normalara, ölkənin Seçki Məcəlləsinə uyğundur.
Mynews.az-ın verdiyi məlumata görə, bu sözləri səsvermənin gedişini izləyən Özbəkistan parlamentinin deputatı Sarvar Otamuratov bildirib.
Sarvar Otamuratov deyib: “Biz ondan çox məntəqədə olduq və seçkilərin demokratik, şəffaf şəkildə keçirilməsinin şahidi olduq. Bütün məntəqələrdə müşahidəçilər var idi. Bizim olduğumuz bir çox məntəqələrdə veb-kameralar quraşdırılıb və səsvermə prosesi onlayn izlənilir.
Biz seçicilərlə ünsiyyətdə olduq və onlar hər şeydən razı olduqlarını bildirdilər. Ümid edirəm ki, seçkilər başa çatana qədər də heç bir qanun pozuntusu baş verməyəcək”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub