Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də ölkəmizdə keçirilən Prezident seçkilərinin uğurla başa çatması və cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibəti ilə Ordumuzun şəxsi heyətini təbrik edib. Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunun şəxsi heyəti seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verib.
General-polkovnik Zakir Həsənov bir daha əmin edib ki, Azərbaycan Ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub