Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilən Prezident seçkilərinə aprelin 21-dək yekun vuracacaq.
Mynews.az-ın xəbərinə görə, MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli açıqlamasında deyib ki, qanunvericiliyə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edir.
O bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir:
“Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub