Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Mynews.az xəbər verir ki, G.Marqvelaşvili təbrikində iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu deyib:
“Dostum İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İnanıram ki, Gürcüstan və Azərbaycan arasında əsrlər boyu mövcud olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da davam edəcək”.
G.Marqvelaşvili İlham Əliyevə Azərbaycan xalqının sülh və rifahı naminə dövlət fəaliyyətində uğurlar arzulayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub