“Washington Times” Azərbaycanın Birinci vitse-prezidentindən yazıb
Bu gün qadınların öz hüquqları üçün mübarizə apardığı müsəlman dünyasında Azərbaycan Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması ilə irəliyə tarixi addım atmış oldu.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sobhani “The Washington Times” qəzetində dərc olunan məqaləsində yazıb.
Müəllif bu təyinatın ABŞ üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib: “Niyə Vaşinqton bu təyinatı alqışlamalı və Mehriban Əliyevanı dəstəkləməlidir? Əgər biz islam ekstremizmi probleminin həll olunmasını istəyiriksə, müsbət alternativlər tapmalı və dəstəkləməliyik. Xanım Əliyevanın uğuru bütün müsəlman dünyası üçün nümunə ola bilər”.
Məqalədə qeyd olunur ki, o, öz millətinin bütün dəyərlərini - tarix boyu amerikalıların da dəstəklədiyi dəyərləri təcəssüm etdirir. İlk növbədə, Mehriban Əliyeva dini dözümlülüyün fundamental dəyərlərini təmsil edir.
R.Sobhani yazır: “Xristian, yəhudi, müsəlman və digər dini cərəyanlar Azərbaycanda birgə dinc şəraitdə yaşayır. Məsələn, yəhudi icması Bakıda yeni sinaqoq tikmək qərarı verdikdə, Mehriban Əliyeva buna tam dəstək göstərdi”.
Mehriban xanımın şəxsiyyətinin ikinci cəhəti xalqın digər dəyərini əks etdirir: “Bu, ehtiyacı olanlara diqqətlə yanaşmaqdır. Heydər Əliyev Fondunun təsisçisi və rəhbəri olmaqla Mehriban Əliyeva bütün dünyada çoxlu xeyriyyə layihələri həyata keçirir. Məsələn, Pakistanda 2008-ci il zəlzələsindən sonra o, Heydər Əliyev Fondunun resurslarını ölkənin ən ucqar bölgələrində məktəblərin bərpasına yönəltdi”.
Müəllif qeyd edir ki, bu səbəbdən xanım Mehriban Əliyevanın ehtiyacı olanlara göstərdiyi yorulmaz xidmətlərə görə Fransanın ali medalı ilə təltif olunması təəccüb doğurmamalıdır.
R.Sobhaninin fikrincə, Mehriban Əliyevanı gözəl lider edən üçüncü amil təbiətə sevgidir. Onun üçün və bütün xalq üçün birinci dərəcəli məsələ ətraf mühitin qorunmasıdır.
Müəllif məqalənin sonunda Yaxın Şərq regionunda qadın hüquqları məsələsinə toxunub: “Qadın hüquqlarının sıxılması Yaxın Şərqin bir çox hissələrində davam edir. Nəhayət, Amerikanın bölgədəki ən güclü müttəfiqi bu problemin həlli üçün cəsarətli addım atdı. ABŞ Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını alqışlamalı və bütünlüklə dəstəkləməlidir”.
Siyasət
- Fransa Azərbaycandakı səfirini geri çağırıb
- İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir
- "Biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq"
- İlham Əliyev 2022-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanunu təsdiqlədi
- Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə liderinə məktub ünvanlayıb
- Türkiyədə seçki qutularının 97 faizi açılıb - Ərdoğan liderdir - YENİLƏNİR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi - FOTOLAR 1156 dəfə oxunub
- Prezident generalı rektor TƏYİN ETDİ 1114 dəfə oxunub
- Bu gün nəşi tapılan hərbçimizin tərxis olunmasına 20 gün qalıbmış (YENİLƏNİB) 1104 dəfə oxunub
- Dilarə yataq otağından görüntülərini yaydı - VİDEO 1035 dəfə oxunub