"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb”.
Bu sözləri Azərbaycan xarici işlər Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur. Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".
Mynews.az xəbər verir ki, baş verən siyasi məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirdi ki, 2 aylıq səlahiyyət müddəti qalmış Serj Sarkisyanla danışıqlar aparmağın əhəmiyyəti yoxdur:

“Ermənistanda keçirilən Konstitusiya islahatına görə, dövlətin idarəetmə sistemi dəyişilir. Ölkə parlamentli idarəetmə sisteminə keçir. Yəni, aprel ayının 2-də parlamentdə səs çoxluğu qazanan partiyanın qurduğu hökümət hakimiyyətin əsas icraedici orqanı olacaq. Prezident artıq dövlətin idarəedilməsindən birbaşa kənarlaşdırılır. Bu baxımdan, yeni hökümətin qurulması və səlahiyyətli şəxslə danışıqlar aparmaq məntiqlidir. Azərbaycan da bunu əsas götürərək, seçkilərdən sonra formalaşan hakimiyyətlə danışıqlar aparmaq əzmindədir”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub