Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı 4 seçki məntəqəsinin nəticələri ləğv edilib.
"Mynews.az" "APA"ya istinadla xəbər verir ki, bu barədə qərar bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında qəbul edilib.
Qərara əsasən, 57 saylıı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 seçki məntəqələrində nəticələr ləğv olunub. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələrinin seçki komissiyaları isə buraxılıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub