Bugünkü dövlət idarəetmə sistemində hər hansı bir paralellik, təkrarçılıq yoxdur.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə ölkə prezidenti tərəfindən hökumətin istefaya göndərilərək, Nazirlər Kabinetinin yerindən formalaşdırılacağı məsələsinə, eyni zamanda, 2016-cı ilin sentyabr referendumundan sonra baş nazirlik (və müavinləri - red.) institutunun - təsisatının vitse-prezidentlik institutuna transformasiya olunacağı yöndə səslənən iddiaların hələ də iddia olaraq qalmasına münasibətini bildirərkən deyib.
A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ölkə əhalisinin sayının artması və beynəlxalq aləmdə Azərbaycanın inteqrasiya olunduğu məsələlərin çoxluğu ilə bağlıdır.
O bildirib ki, birinci vitse-prezident statusuna görə prezidentlə birbaşa təmasda olan və onun tapşırıqlarına əsasən, bu və ya digər sahəni kurasiya edən bir təsisatdır - şəxsdir.
“Eyni zamanda, Konstitusiyamızda bu gün əvvəlki kimi Nazirlər Kabineti, baş nazir və müavinləri, hökumət üzvləri statusları var və prezidentin gözlənilən inauqurasiya mərasimindən sonra hökumət istefaya gedəcək, prezident hökuməti yenidən təşkil edəcək.
Yəni, burada hər hansı bir yenilikdən, Nazirlər Kabinetinin ləğvindən söhbət gedə bilməz”, - deyə millət vəkili əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub