Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin briqada generalı Anjum Riazın rəhbərliyi ilə Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfərə gəlib.
Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinə Milli Müdafiə Universitetində təhsil alan Pakistan Silahlı Qüvvələri və dövlət qurumlarının, o cümlədən Braziliya və Nepal Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirəcək. Qonaqlar, həmçinin ölkəmizin tarixi və mədəniyyəti, iqtisadi, daxili və xarici siyasəti və digər sahələr barədə ətraflı məlumat əldə edəcəklər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub