O, idarə etdiyi maşının sükanı arxasında özünü öldürüb.
Mynews.az criminal.az-a istinadən məlumatına görə, Cərcuva kənd sakini olan Mansur adlı şəxs bir müddət əvvəl ailəsi tərəfindən tərk edilib.
Bakıya gələn Mansur dünən Ağdaşa qayıdarkən intihar edib. O, yüksək sürtlə idarə etdiyi "VAZ-2107" markalı avtomobili bilərəkdən içərisi mişar daşı ilə dolu olan "Kamaz"a çırpıb. Qəza nəticəsində Mansur aldığı xəsarətdən dünyasını dəyişib.
Ağlagəlməz şəkildə intihar edən Mansur nişanlı olub. O, bu gün doğulduğu kənddə dəfn ediləcək.
Rayon ərazisində elektrik avadanlıqlarının təmiri ilə məşğul olan Mansurun hansı səbəbdən intihara əl atması dəqiq bilinməsə də, onun ailəsi ilə münaqişəyə görə özünə qəsd etdiyi ehtimal olunur.
Belə ki, ailə üzvləri onu tərk ediblər. Buna görə də, Mansur bir müddət Bakıda olub. Dünən isə intihar edib.
Xatırldaq ki, mərhum reper Hüseyn Dərya da bir neçə il əvvəl eyni üsulla özünü öldürmüşdü. O, aeroport yolunda idarə etdiyi "Opel"i bilərəkdən yük maşınına çırparaq həyatına son qoymuşdu.









1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub