Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində iştirak etdik. Cənab prezidentimizi bir daha təbrik edirik, ona qarşıdakı yeddi il ərzində hər zaman böyük uğurlar diləyirik.
Cənab prezident əldə edilmiş uğurlar, ölkəmizin gələcək inkişaf strategiyası ilə bağlı geniş çıxış etdi.
Mynews.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib.
O qeyd edib ki, ölkə prezidenti çıxışında Azərbaycanın dostlarına və düşmənlərinə də ciddi mesajlar verib.
“Cənab prezident çıxışında özəlliklə işğal altında olan ərazilərimizin Azərbaycanın ən əsas məsələsi olduğunu vurğuladı.
Çıxışda işğalçı Ermənistana, arxasında dayanan güclərə ciddi xəbərdarlıq mesajları vardı.
Cənab prezident işğalçı Ermənistanın tarixi Azərbaycan torpaqlarında bəzi güclər tərəfindən yaradılması məsələsinə də xüsusi toxunaraq, bu gerçəkliklərin dünyaya daha da geniş duyurulacağını bəyan etdi...”, - deyə deputat qeyd edib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub