Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Mynews.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 18-də Milli Məclisdə andiçmə mərasimində deyib.
“Son 15 il ərzində ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər. Orada göstərilir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
BMT-nin Baş Assambleyası qətnamə qəbul edib, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, EKO İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən sənədlər qəbul ediblər”, - deyə dövlət başçısı qeyd edib.
İlham Əliyev bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazanıb:
“Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazanmışıq, Ermənistanın işğalçı siyasətini ifşa etmişik, nail olmuşuq ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. Biz dünyaya bir daha sübut etmişik ki, biz haqlıyıq”.
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır:
“Hüquqi baza var. Biz son 15 il ərzində bu bazanı möhkəmləndirdik, münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdırmışıq.
Kitablar yazıldı, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi, 10-dan çox ölkə Xocalı soyqırımını tanıdı”.
İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır:
“Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Onu da biz dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır.
Təkcə sözlə yox, biz sübutlarla bunu dünya birliyinə çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər açılır, tarixi kitablar yazılır, bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığını əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bunları çatdırmalıyıq, çatdırırıq, və bu, öz səmərəsini verməkdədir”.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub