Bəzi hallarda bizi tənqid edirdilər ki, ordu quruculuğu ilə bağlı niyə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq.
Mynews.az məlumat verir ki, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.
Dövlət başçısı deyib ki, bu gün Azərbaycan ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır:
“Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir.
Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Biz minlərlə hektar torpağa nəzarət edirik, bu torpaqlara həyat qayıdır. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır.
Bu torpaqlarda yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir.
Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.
Prezident bildirib ki, Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib:
“Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, ruhlandırır”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub