Mynews.az-ın məlumatına görə, bu barədə Milli.Az-a Ermənistanda baş verən iğtişaşlarla müşayiət olunan son hadsiələri şərh edən Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib.

Millət vəkilinin sözlərinə görə, əgər ənənəvi olaraq Ermənistanda mövcud olan regionçuluq problemləri də nəzərə alınsa, o zaman demək olar ki, İrəvan erməniləri "Qarabağ klanı" kimi tanınan və legitimliyi əsla qəbul edilməyən quldur dəstədən birdəfəlik yaxa qurtarmaq istəyir: "Məsələ ondadır ki, yeni seçilən prezident irəvanlı olsa da, əlində real hakimiyyət rıçaqları yoxdur və bundan sonra da Ermənistanı de-fakto baş nazir Sarqsyan idarə edəcək. Bu isə o deməkdir ki, problemin kökləri daha da dərindir və siyasi qarşıdırma və ziddiyətlər bundan sonra da artmaqda davam edəcək. Hətta mümkündür ki, Prezident Armen Sarqsyanın tərafdarları olan siyasi mərkəzlər Baş nazir Sarqsyana qarşı bu etirazı gizli şəkildə dəstəkləsinlər, ya da artıq dəstəkləyirlər".

Ermənistandakı daxili problemin Dağlıq Qarabağ probleminin həllinə təsiri məsələsinə gəlincə, H.Babaoğlu hesab edir ki, bununla bağlı hansısa qənaət ifadə etmək hələ tezdir: "Aydın olan bir məsələ var ki, Ermənistanın regionda səfil və dilənçi dövlət halına düşməsinin əsas səbəbi onun işğalçılıq siyasəti və Azərbaycanın bu işğalçı ölkəni bütün regional və qlobal layihələrdən kənarda qoymasıdır. Düşünürəm ki, sıravi ermənilər bunu dolayısıyla da olsa, gözəl başa düşürlər və işğal faktı ortadan qalxmayandək də vəziyyətin dəyişməyəcəyini bilirlər. Ona görə də etirazçılar nə qədər tez özlərində cəsarət tapıb Ermənistan hakimiyyətini işğalçılıq siyasətindən əl çəkinməyə açıq şəkildə çağırsalar, bir o qədər də məsələ onların maraqlarının lehinə olar. Ancaq erməni cəmiyyəti mövcud hakimiyyətin təkcə idarəetmə işğalı altında deyil, həm də ideoloji işğalı altındadır. Ona görə də işğalçılıq siyasətinə son qoymaqla bağlı çağırışlar etməyə hələ o qədər də hazır deyillər. Ancaq seçkilər zamanı bəzi siyasi qüvvələrin bu məsələni açıq şəkildə gündəmə daşımaq cəsarəti göstərmələri belə deməyə əsas verir ki, nə vaxtsa etirazçılar bu addımı da ata bilərlər. Əsas məsələ isə odur ki, ermənilər artıq başa düşürlər ki, ümid etdikləri kimi Azərbaycanın torpaqlarını işğal altında uzun müddət saxlaya bilməyəcəklər. Azərbaycan güclü dövlətdir və beynəlxalq şərtlər lehinə olan kimi ilk fürsətdə öz torpaqlarını azad edəcək"
.
1
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1033 dəfə oxunub
2
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1024 dəfə oxunub
3
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1022 dəfə oxunub
4
Azərbaycanda alim vəfat etdi
997 dəfə oxunub
5
İqbal Ağazadənin kabinetində HƏBS - ƏMƏLİYYAT KEÇİRİLDİ
989 dəfə oxunub