Deputatlar Novruz Məmmədovun baş nazir postuna namizədliyini təsdiq ediblər.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, səsvermədə 113 nəfər Novruz Məmmədovun lehinə səs verib.
12:19
Bu gün Milli Məclisin Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi ilə bağlı xüsusi iclası başlayıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov qeyd edib ki, biz hamımız aprelin 11-də ölkədə baş verən hadisənin hələ də sevincini yaşayırıq:
“Demokratik və ədalətli seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi xalqın ona verdiyi önəmin böyük nəticəsidir. Onu təbrik edək və işində uğurlar arzulayaq”.
Bu məsələ deputatlara tərəfindən alqışlarla qarşılanıb.
Spiker həmçinin qeyd edib ki, prezident öz inaqurasiya mərasimini Milli Məclisdə keçirdi: “ Bu da onun Milli Məclisiə etimadının nəticəsidir”. Daha sonra spiker deyib ki, deputatlar adından prezidentə təbrik məktubu göndərək.
Sonra spiker dövlət başçısının Milli Məclisə göndərdiyi məktubun mətnini oxyuub. Mətndə bildirilir ki, Novruz Məmmədovun baş nazir vəzifəsi postuna təqdimatına Milli Məclisdə baxılsın.
12:03
Milli Məclisin Azərbaycan Respublikası prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın baş naziri vəzifəsinin müzakirəsinə həsr edilən iclası başlayıb.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, iclasa Oqtay Əsədov sədrlik edir.
Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının baş nazirini vəzifəyə təyin edir.
Xatırladaq ki, Artur Rasi-zadə 1996-cı ildən ölkənin baş naziridir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub