Nazirlər Kabinetinin ötən gün təsdiqlənən yeni tərkibində yer verilən gənclərin tanınmış nəsillərin davamçısı olduğu üzə çıxıb.
Mynews.az Axar.az-a istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilən 38 yaşlı Sahil Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gətirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Bakının məşhur prokuroru (1994-98) Şükür Rzayevin oğludur. Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilən İnam İmdad oğlu Kərimovun ailəsi də öz intellekti və yüksək təhsili ilə seçilir. Onun qardaşı Mətin Kərimli hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsini daşıyır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub