USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Zahid Oruc: Hökumətin yeni tərkibdə formalaşması qaçılmaz idi

10:31 23.04.2018
Zahid Oruc: Hökumətin yeni tərkibdə formalaşması qaçılmaz idi
10:31 23.04.2018

Hökumətin yeni tərkibdə formalaşması qaçılmaz idi.

Mynews.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Zahid Oruc deyib.

O qeyd edib ki, əslində, prezident kardinal dəyişiliklərə üç il əvvəl başlamışdı:

“Ona görə ki, neft bumunun sönməsi böyük və asan pullarla işləyən məmur ordusunun həqiqi potensialını üzə çıxardı.

Belə demək olarsa, xarici siyasətdə inkarolunmaz uğurlar qazanan və transmilli dünyanı çəkib bizim regiona gətirən, onlardan təhlükəsizlik sipəri düzəldən dövlət başçısı komandasından aldığı zərbələrə daha dözmək fikrində deyildi.

Əgər kəskin addımlar atılmasaydı, indi təsəvvürə gətirmək çətindir ki, nələr baş verərdi.

Nəinki seçkilərə onlarla getmək olmazdı, eləcə də, artıq dövləti içəridən sarsıdan adamlar Roma imperiyası dövründə olduğu kimi, təkcə cəmiyyətə həqarətlə baxmırdılar, eləcə də, komanda yoldaşlarını əzib məhv edəcəklərinə inanan monstr halına gəlmişdilər.

Adamları yeyən patrisiyaların əlindən onların plebey saydıqlarını almaq gərək idi”. 

Onun sözlərinə görə, hər gün daxili və beynəlxalq medianın gündəminə daşınan hakimiyyətiçi intriqalar, böyük korrupusiya əməllərinə dair səs-küylü cinayətlər vahid bir komanda kimi hərəkətə zərbə vurur, vətəndaşın nəzərində dövlətə güvənci əngəlləyir və təmiz məmur obrazını yerlə-yeksan edirdi. 

“Hətta düşmənlə müharibə qərarı almağın necə riskli olduğunu anlamaq da çətin deyildi. 2015-ci ilin hökuməti ilə müharibə aparmaq təhlükəli idi.

Çünki hakimiyyət dəyişikliyi üçün hərbi məğlubiyyət daxili düşmənlər üçün əla ssenari ola bilərdi. İndi tam arxayınlıqla, demək olar ki, iki il əvvəl Ermənistanla baş verən aprel döyüşləri həm də daxildə aparılan təmizlənmənin nəticəsi idi.

Allah bilir, Fətullahçı və digər xarici kəşfiyyat emissarlarına satılmış adamlar idarəetmə dəhlizlərində şütüməkdə davam etsəydi, Qarabağda silahlı toqquşmalar başlayanda paytaxtda hansı diversiyalar törədilə bilərdi.

Ərdoğanın Türkiyədə apardığı total yenilənmə kursu və ən yaxın ətrafından gələn təhlükələri bloklamaq üçün atdığı addımlar cənab İlham Əliyevin dörd naziri vəzifəsindən kənarlaşdırması mahiyyətcə eyniyyət təşkil edirdi və mənə görə, yeni hökumət quracağının anonsu sayıla bilərdi.

Artıq tam inamla demək olar ki, hökumətini tərkibi son üç ildə 70 faizə yaxın dəyişib...”, - deyə Z. Oruc əlavə edib.


Xəbər lenti

300x200r