Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərində keçirilən Hind okeanı sahili ölkələrinin Hərbi Dəniz Qüvvələrinin 6-cı simpoziumunda iştirak edir.
Mynews.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Aprelin 25-dək davam edəcək simpoziumda dünyanın 35 ölkəsini təmsil edən donanma komandanları tərəfindən dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq, regional dəniz problemləri və üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaqdır.
Azərbaycan nümayəndə heyəti, həmçinin simpoziumla eyni vaxtda təşkil olunan Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanlarının 3-cü iclasında da iştirak edəcəkdir. İclasda regional təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətlərə dair fikir mübadiləsi aparılacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub