BMT-nin baş katibi Antonio Quterreş Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ probleminin dinc yolla nizamlanması üzrə səyləri fəallaşdırmağa çağırıb.
Mynews.az-ın xəbərinə görə, Antonio Quterreşin bəyanatı təşkilatın rəsmi saytında yerləşdirilib.
Baş katib ATƏT-in Minsk qrupunun tərəfləri təmas xətti boyunca istənilən potensial eskalasiyanın qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri fəallaşdırmağa çağıran bəyanatına qoşulduğunu bildirib.
Antonio Quterreş tərəfləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına yol verməməyə çağırıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub