“Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Azərbaycan öz torpaqlarını geri qaytararaq, sərhədlərini bərpa edəcək”
Bunu “ATV Xəbər”-ə açıqlamasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
Ermənistanda baş verən son hadisələrə münasibət bildirən PA rəhbərinin sözlərinə görə, ermənilərin uzaq planları var: “Bu plan ondan ibarətdir ki, onlar böyük dövlət yaratmaq istəyirlər. Bu dövlət dənizdən dənizə bir ideyadır. Çox səhv ideyadır. Buna heç vaxt nail ola bilməyəcəklər. Belə bir ideya ilə yaşayırlar. Bu ideyanın başında kilsə dayanıb. Bu gün Serj Sarkisan, sabah bir başqasıdır. Yəni onların bu ideyası var. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır. Möhkəm olmalı və bütün bu səylərin qarşısını almalıdır”.
PA rəhbəri daha sonra qeyd edib: “Biz istəyirik ki, məsələni diplomatik, danışıqlar yolu ilə həll edək. Çünki müharibə istər-istəməz insan tələfatı ilə nəticələnir. Azərbaycan 15 ildə çox geniş inkişaf edib, çox böyük nəaliyyətlərə çatıb. Bu, cənab prezidentin fəaliyyəti, cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Azərbaycan bu gün dünyada tanınır. Bu, cənab prezidentin səyləri nəticəsində olan məsələdir. Cənab prezidentin də məqsədi ondan ibarətdir ki, danışıq yolu ilə, diplomatik yolla bu məsələni həll edək. Lakin bu baş tutmasa, istər-istəməz bizim başqa olumuz yoxdur. Biz sərhədlərimizi bərpa etməliyik. İstər-istəməz məcburuq müharibə yolu ilə məsələlərimizi həll edək”. (azvision.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub