İrəvanda baş verənlərdən sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin dünən Bakıya səfər edib.
Politoloq Qabil Hüseynli məsələ ilə bağlı Faktor.az-a bildirib ki, Rusiya proseslerə müdaxilə edir. Əvvəlcə, Ermənistanı Azərbaycanla qarşı-qarşıya gətirməyə çalışdı və bu alınmadı. Azərbaycan ordusuna dəfələrlə atəş açıldı, hücuma cəhd edildi, ancaq Azərbaycan tərəf bunu soyuqqanlı qarşıladı, atəşə atəşlə cavab vermədi.
Rusiya yeni bir provakasiya hazırlayır, bu da Azərbaycanın Ermənistana hücumunu təşkil etməkdir.
Q. Hüseynli müharibənin başlamasının Azərbaycana təsirini isə belə qiymətləndirdi:
"Belə düşünürəm ki, indiki vaxtda Ermənistan üzərinə hücum risklidir. Rusiyanın bu məsələdə hansı mövqe tutduğu isə bilinmir. Bütün dünya hal-hazırda Ermənistanda baş verənləri alqışlayır və o xalqın tərəfindədir. Əgər biz müharibəyə risk etsək, o zaman bütün dünyanın qəzəb nəzərləri bizə qarşı yönələ blər. Ancaq müharibənin başama ehtimalı gündəmdədir və her şey prezidentimizdən asılıdır".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub