Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 24-də Türkiyə Respublikasına başlanan rəsmi səfəri qardaş ölkə KİV-ləri tərəfindən böyük maraqla izlənməkdədir.
Mynews.az xəbər verir ki, dövlətimizin başçısının yeni prezidentik dövründə ilk səfərini Türkiyəyə edəcəyi barədə məlumat yayılandan bəri, bu məqam KİV-lərin xəbər başlığına çevrilib. Anadolu Agentliyi, TRT HABER, HABER Türk, TRT Avaz və digər televiziya kanalları ümumilikdə ondan çox məlumat yayıb. Bundan başqa, ölkənin aparıcı “Sabah”, “Vətən”, “Millət”, “Yeni şəfəq”, “Axşam” və digər qəzetləri də səfərlə bağlı anons xəbərlər dərc ediblər.
Anadolu Agentliyi məlumatlarını “Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək”, “Prezident Ərdoğan Əliyevin şərəfinə şam yeməyi verdi” və sair başlıqlarla təqdim edib.
“Sabah” qəzeti Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi görüşünə və süfrə arxasındakı görüntülərinə dair fotolar təqdim edərək səfər barədə oxucularını məlumatlandırıb.
“Vətən”, “Millət”, “Yeni şəfəq” və “Axşam” qəzetləri də dövlətimizin başçısının qardaş ölkəyə başlanan rəsmi səfərinə dair məlumatı “Azərbaycan Prezidenti Əliyev Ankarada”, “Beştəpədə Əliyevin şərəfinə şam yeməyi verildi” sərlövhələri və süfrə arxasından fotolar ilə yayıblar.
Anadolu Agentliyi, TRT HABER, HABER Türk və digər media qurumlarının saytlarındakı informasiyalar foto sessiyalarla müşayiət olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub