Biz Dağlıq Qarabağ problemini öz problemimiz bilirik və Türkiyə bu məsələdə Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək.
Mynews.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Biz ortaq mövqeyimizi Qarabağda da, Afrində də nümayiş etdirmişik. Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatı zamanı Azərbaycan dövləti və xalqı bizimlə olub. Biz də Dağlıq Qarabağ problemini öz problemimiz kimi görmüşük, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli vacibdir. Hərbi və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyətindəyik.
VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində mühüm sənədlər imzalayacağıq. Həmçinin Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəni dəstəkləyib”.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1500 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub