Ermənistanın hakim Respublika Partiyası yeni sədr seçəcək.
Mynews.az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın üçüncü prezidenti, partiya sədri Serj Sarkisyanın baş nazir vəzifələrini müvəqqəti icra edən Karen Karapetyan və digər fraksiya deputatları ilə görüşündən sonra qərar verilib.
“Görüş zamanı Respublika Partiyasının sədrinin dəyişdirilməsi barədə müzakirələrin başlanması ilə bağlı qərar verilib.
Bundan başqa, sabiq prezident Serj Sarkisyan aprelin 23-də elan etdiyi istefasının səbəblərini açıqlayıb”, - Respublika Partiyasının mətbuat xidmətindən bildirilib.
“Görüşdə partiyanın ilkin şərtsiz danışıqlara hazır olduğu bildirilib”, - məlumatda qeyd edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub