Qarabağda, Xocalıda əli azərbaycanlıların qanına batmış sabiq prezident, cinayətkar Serj Sarksiyanın törətdiyi cinayətkar əməllərinə görə, Azərbaycanda mühakimə edilməsinin zəruriliyi ilə bağlı fikirlər son zamanlar İrəvanda baş verən hadislələrin fonunda yenidən aktuallaşıb.
Bəs, görəsən, doğrudanmı Azərbaycan tərəfi Sarkisyanı necəsə mühakimə edə bilər?
Mynews.az xəbər verir ki, hüquqşünas Sahib Məmmədov Faktor.az-a açıqlamasında bildirib ki, Sərkisyan Azərbaycan Respublikasının Qanunvericiliyinə görə, beynəlxalq cinayətlər qrupuna daxil olan bütün cinayətləri Azərbaycan xalqına qarşı törətmişdir: "O cümlədən, genosid, insanlıq əleyhinə və hərbi cinayət törətdiyi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Gəncə, Lənkəran yaxud Naxçıvanda ağır cinayətlər məhkəməsində mühakimə oluna bilər".
Hüquqşünas bildirir ki, burda əsas problem onun Azərbaycana necə gətirilməsidir: "Hazırkı vəziyyətdə bu, heç də real görünmür. Azərbaycan necə ki, öz vətəndaşını başqa ölkəyə mühakimə üçün vermir, eləcə də, Ermənistan. İnterpola axtarış vermək olar. Bunun nəticəsində hər hansı başqa ölkə Azərbaycan üçün onu tuta və bizə təslim edə bilər. Real görünməsə də, hüquqi yol bundan ibarətdir".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub