Fransada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan “France Press” agentliyinə müsahibəsində Qarabağda müharibə təhlükəsinin qaldığını deyib.
Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan prezidentinin sözlərinə görə, erməni ictimai şüurunda hərbi əməliyyatların başlaması “zaman məsələsidir”, ola bilsin bir neçə həftə və ya ayın məsələsidir.
“Bu səbəbdən də Silahlı Qüvvələrin baş komandanı və müdafiə naziri günü sabah başlaya biləcək müharibəyə hazır olmalıdır”, - deyə Sarkisyan bildirib.
Bununla belə Ermənistan dövlət başçısı əlavə edib ki, hərbi əməliyyatların bərpasının yaxın gələcəyin məsələsi olduğuna inanmır, ancaq heç nəyi istisna etmir.
Sarkisyan Rusiyanın Azərbaycana milyardlarla dollarlıq silah satmasını “ağrılı qarşıladıqlarını” da bildirib.
“Biz bundan təəsüflənirik, çünki Rusiya bizim strateji müttəfiqimizdir”, - o deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub