“Status-kvonun saxlanılması həqiqətdə sülhə aparmır”.
Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qeyri-stabildir və müharibə təhlükəsini artırır: “Lakin status-kvonun dəyişməsi regionda sülhü bərqərar edəcək, həmçinin, Ermənistana yeni imkanlar verəcək, iqtisadi artıma səbəb olacaq”.
C.Uorlik qeyd edib ki, mnaqişənin nizama salınması çox amillərdən ibarətdir: “Lakin bunlara bütöv yanaşmaq lazımdır. Hər iki ölkənin prezidenti xalqları sülhə hazırlamalıdır. Bunu anlamaq lazımdır ki, Dağlıq Qarabağın status məsələsini müzakirə etməklə yanaşı, ərazilərin Azərbaycana qaytarılması da müzakirə olunmalıdır”.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub