Qərbin bəzi dairələri hər zaman Cənubi Qafqaz regionuna vahid orqanizm kimi yanaşır. Bu yanaşmada müstəqil dövlət anlayışı yoxdur.
Yalnız iqtisadi maraqlar var. Azərbaycan inkişaf edirsə, stabildirsə, burada asayiş qorunursa, əksinə, Ermənistan siyasi böhran burulğanındadırsa və Ermənistanı Azərbaycan kimi sabit mövqeyə çıxarmaq mümkün deyilsə, üstəlik, Azərbaycan gücləndikcə işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyi zəifləyirsə, deməli, hansısa formada Azərbaycanın yüksələn xəttinə ləkə gətirmək lazımdır.
Mynews.az xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov deyib.
O hesab edir ki, Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır.
“Şübhəsiz, bu, çox yaxın zamanda özünün əməli nəticələrini verəcək.
Deməli, mövcud istiqamətdə görüləcək işlərin daha fundamental şəkildə gerçəkləşdirilməsi mütləqdir.
Diaspor təşkilatlarımızın aktivliyi o həddə çatdırılmalıdır ki, onlar xaricdə aparılan anti-Azərbaycan kampaniyasına tutarlı əks reaksiya ortaya qoya bilsinlər.
İstər AŞPA-nın məlum hesabatı, istər 11 aprel prezident seçkiləri ərəfəsində başlanılmış və dövlət idarəçiliyinə qarşı xaotik münasibəti stumullaşdırmağa hesablanmış “söyüş kampaniyası”, istərsə də daha əvvəlki illərdə ölkəmizə qarşı seçilmiş qərəzlilik xətti sahəyə diqqətin artırılmasını tələb edir…”, - deyə millət vəkili əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub