Ermənistandakı Məxməri İnqilabın rəhbəri Nikol Paşinyan seçici kütləsini itirməmək üçün sonuncu ana kimi ayağa qalxmış kütlənin maraqlarına uyğun hərəkət edəcək.
Mynews.az-ın məlumatına görə, bu barədə Paşinyanın Qarabağ fikrini şərh edən politoloq Tofiq Abbasov deyib.
Paşinyan “Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmadan münaqişə ətrafında danışıqlar aparmaq olmaz” fikrindən imtina edərək bildirib ki, bu məsələdə güzəştə getmək niyyətinə deyil.
Ekspertin fikrincə, məhz bu dalğaya görə Paşinyanda anti-Azərbaycan ritorikası yaranıb.
“Faktiki olaraq, o, yeni heç nə deməyib və siyasi rəqibi Serj Sarkisyanın Qarabağı Azərbaycandan birdəfəlik qoparmaqla bağlı fikirlərini təkrarlayıb.
Bu kontekstdə Paşinyan iddia edir ki, etiraz hərəkatı nəticəsində Ermənistan ordusunun döyüş ruhu xeyli artıb”, - Abbasov deyib.
O əmindir ki, əgər hadisələrin kökünə baxsaq, Ermənistanda xaosun artacağını demək mümkündür.
“Paşinyan baş nazir postuna seçkilərdə qələbə qazanmaq üçün mümkün yollardan istifadə edir.
Ancaq 20 günlük xalq hərəkatı Ermənistan dövlətinin təməlini daha da sarsıdır. Əgər Paşinyan riskə getsə və sui-istifadə ritorikasından istifadə etsə, Azərbaycanın qəzəbinə tuş gələ bilər”, - Abbasov qeyd edib.
Ekspert əlavə edib ki, hələlik Bakı fasilə verib, Ermənistanda baş verən hadisələri diqqətlə izləyir və ümid edir ki, dialoq aparmaq üçün bu ölkə rəhbərliyinə adekvat şəxs gələcək.
“Əgər Paşinyan və ya başqası siyasi səhvləri təkrar etsə, buna görə bütün Ermənistan əziyyəti çəkəcək”, - Abbasov bildirib.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub