Ermənistanın baş nazirliyinə namizəd olan Nikol Paşinyanın B planı ortaya çıxıb.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Sarqis Artsruni Paşinyanın parlamentdə baş nazir seçilməsi ehtimalının az olduğunu yazıb.
“Bunu Paşinyanın özü də anlayır. Buna görə də o, özünün B planını hazırlayıb. B planında uzunmüddətli etiraz aksiyaları var”, - deyə Artsruni bildirib.
Erməni şərhi qeyd edib ki, Paşinyanın Serj Sarkisyan və Robert Koçaryanın ona səs verməmələri üçün deputatlara təzyiq göstərməsi ilə bağlı açıqlaması əslində B planına hesablanıb: “Paşinyan bugünkü seçkidə seçilməyəcəyini anlayır və daha uzunmüddətli kütləvi aksiyalar modelini hazırlamağa çalışır. Sarkisyan və Koçaryanın təzyiq etdiyinə dair açıqlaması da ictimai rəyə hesablanmış addımdır. Çünki o, seçilməsə “mən demişdim, deputatlara təzyiq edirlər” deyə bildirəcək və xalqı küçə mübarizəsinə cəlb edəcək. Bu daha təhlükəli nəticələr yarada bilər. Əgər kütləvi aksiyalar davam edəcəksə, bu, qanlı döyüşlərə çevrilə bilər”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub