YAP-dan olan deputat Hikmət Babaoğlu Daxili İşlər Nazirliyinin Baş İadrəsini sosial mediaya qarşı tədbirlər görməyə çağırıb.
Mynews.az-ın məlumatına görə, deputat bunu Milli Məclisin (MM) İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında iştirak edən DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərova müraciətlə deyib.
Millət vəkili bildirib ki, klassik mətbuatdan fərqli olaraq, sosial media insan alverini, uşaqlara qarşı fiziki təcavüzü təbliğ edir:
“Mən sizi sosial mediaya qarşı tədbir görməyə çağırıram və əminəm ki, sizdə bununla bağlı proqram var. Məsələn, bu yaxınlarda hansısa orta məktəbdə uşağa qarşı fiziki təcavüzü sosial şəbəkələrdə geniş yaydılar.
Bu, bir yandan informasiyanın yayılmasına xidmət edirdisə, digər tərəfdən bu hadisəni təbliğ edirdi. Ona görə də mütləq sosial mediaya qarşı tədbirlər görülməlidir”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub