Deputat Qüdrət Həsənquliyev deputatların maaşlarının 8 min manata qaldırılmasını təklif edib.
Mynews.az xəbər verir ki, bu barədə o, Milli Məclisin plenar iclasında deputatların maaşlarının artırılması ilə bağlı dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, indiki 10 faizlik artım yetərli deyil:
“Ölkədə iki devalvasiya olub. Deputatlar, hakimlər, Ombudsman başqa fəaliyyət barədə düşünməməlidir. Başqa ölkələrdə maaşlar çoxdur. Ona görə də onlar elə maaş almalıdırlar ki, ailələrini dolandıra bilsinlər. Təklif edirəm ki, baş nazir, Milli Məclisin sədri 10 min, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.
Spiker Oqtay Əsədov isə deputatın təklifləri ilə razılaşmayıb. O qeyd edib ki, indi əməkhaqları artırılması nəzərdə tutulan şəxslərlə digər insanların maaşları arasında artımda böyük fərq olmamalıdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub