"Tezliklə, Qarabağ Azərbaycana deyəcək, "salam”. Mynews.az anews.az-a istinadən bildirir ki, bu barədə rusiyalı jurnalist Aleksandr Qrişin deyib. Qrişin qeyd edir ki, Ermənistandakı hadisələr Ukrayna ssenarisi üzrə davam edir: "Aksiyada Ukraynadakı tanış şüarlar artıq eşidilir. Əgər hər şey bu ssenari üzrə davam edəcəksə, o zaman, Azərbaycan tezliklə Dağlıq Qarabağı qaytaracaq”. Qeyd edək ki, Ermənistanda etirazçıların lideri Nikol Paşinyanın "məxməri inqilab” adlandırdığı proseslər başlayandan sonra tez-tez Dağlıq Qarabağın erməni hərbi birləşmələrindən təmizlənəcəyinə dair fikirlər səslənir. Rusiyalı jurnalist Roman Jilinin "Ermənistandakı inqilab Qarabağın Azərbaycana qaytarılmasına hazırlıqdır” sözləri bu kontekstdə xüsusi diqqət çəkir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub