Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu deyilən bir qrupu bizə sırıdılar. Bu gün Minsk qrupu heç bir iş görmür. Onlar Ermənistana, Azərbaycana gəlirlər, gedirlər. Amma nə olsun? Nəticə yoxdur, çünki istək yoxdur.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, dəfələrlə deyilib ki, Dağlıq Qarabağ probleminə beynəlxalq hüququn prizmasından yanaşılsaydı, bu cür problemlər yaranmazdı:
"Avropa demokratiyadan danışır, amma işə gələndə demokratiya yoxdur. Mən Avropadan demokratiya istəyirəm".
Z.Əsgərov Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu bir daha nəzərə çatdırıb: "Ermənilər həmişə Dağlıq Qarabağ haqqında danışanda deyirlər ki, guya 1921-ci ildə Dağlıq Qarabağ Stalinin qərarı ilə Azərbaycanın tərkib hissəsinə verilib. Həmin vaxt heç Stalin hakimiyyətdə olmayıb. Belə olan halda bu, necə mümkün ola bilər?! Tarixlə də sübuta yetirilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Məsələnin həllinin çox sadə yolu var. Bəs onda problem nədir? Bu problem 30 il də davam etməlidir?! Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. 50 ildən sonra qayıdacaqlar? Məsləhət vermək çox asandır, amma siz o reallığı yaşamırsıınız!"
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub