Ermənistan bir neçə dəfə Rusiyaya, Qazaxıstana Dağlıq Qarabağdan bəzi məhsullar çıxarmağa cəhd edib, bunun üçün bəzi addımlar atıb.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov qeyd edib ki, Azərbaycan belə halların qarşısını ala bilib: "Bizə dərhal bu barədə məlumat verilib və dərhal da bəzi müsbət nəticələr ələ edə bilmişik. Bəzi hallarda bu mallar, ümumiyyətlə, bazardan çıxarılmışdı".
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, davam edən münaqişədir: "Onun çox pis nəticələri var. Bu münaqişə tək region üçün deyil, bütün Avropa üçün təhlükəlidir".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub