Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib.
B.Səfərov qeyd edib ki, N.Paşinyanın baş nazir kimi ilk səfərini Azərbaycanın işğal olunmuş ərazilərinə etməsi yanlış addımdır.
O, həmçinin Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsi məsələsinə də toxunub. B.Səfərov bildirib ki, bununla bağlı hələ heç bir gözlənti yoxdur:
"Ermənistanda yeni hökumət formalaşmalıdır. Yeni rəhbərlik əgər Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəksə, Ermənistanın vəziyyəti yaxşılaşa bilər. Yoxsa onların vəziyyəti əvvəlkindən də pis olacaq".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub