USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” Qanuna dəyişiklik olunur

12:27 10.05.2018
Torpaq Məcəlləsi və “Torpaq icarəsi haqqında” Qanuna dəyişiklik olunur
12:27 10.05.2018

Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri müəyyənləşib.

Mynews.az xəbər verir ki, bununla bağlı “Torpaq icarəsi haqqında” qanuna dəyişiklik təklif olunub.

Parlamentin Aqrar siyasət komitəsinin mayın 10-da keçirilən iclasında müzakirəyə çıxarılan sənədə əsasən, qanuna 10-1 maddəsinin əlavə olunması təklif edilir.

Təklifə əsasən,  dövlət mülkiyyətində olan bu torpaqları icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana ərizə ilə müraciət edəcək. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstəriləcək.

Həmin orqan təqdim olunan ərizəyə və ona əlavə olunan sənədlərə 10 gün müddətində baxmalıdır.

İmtina üçün əsaslar olmadıqda icarə müqaviləsini bağlamağa razılıq almaq üçün iki gün müddətində müvafiq icra hakimiyyətinin müəyyən etdiyi orqana göndərəcək.

Bu orqan 15 gün ərzində torpağın icarəyə verilməsinə razılıq verəcək.

Qeyd edək ki, adıçəkilən dəyişiklik Torpaq Məcəlləsində də nəzərdə tutulur.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov hər iki sənədin ölkə prezidentinin imzası ilə parlamentə daxil olduğunu və onların mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Eyni zamanda, bu dəyişikliklər müvafiq, yəni, yerli icra hakimiyyəti işçilərinin də canını müəyyən məsələlərdən, problemlərdən qurtaracaq. Onlar dərhal deyəcəklər, baxın, filan  qanunun filan maddəsində belə göstərilib, biz heç nə edə bilmərik.

Elə bizim də məqsədimiz odur ki, hər bir işdə qanunlara istinad olunsun. Olunsun ki, əlavə söz-söhbətlərə də ehtiyac qalmasın”, - deyə E. İbrahimov əlavə edib.

Müzakirələrdən sonra hər iki layihə parlamentin plenar iclasına tövsiyə olunub.


Xəbər lenti

300x200r