Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin açıqlamasına münasibət bildirib.
Mynews.az xəbər verir ki, Hikmət Hacıyev əvvəllər səsi çıxmayan və Sarkisyan rejiminin ünsürü olan bu şəxsin Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə tapmaq üçün yəqin ki, ekstra fəallıq göstərməyə çalışdığını söyləyib. “Hələ də fərqində deyil ki, onun qulluq etdiyi Sarkisyan rejiminin siyasəti, o cümlədən Azərbaycana qarşı təcavüz və işğalın davam etməsi Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin siyasətini davam etdirəcəksə, yəqin ki, onu da eyni aqibət gözləyir”, - deyə Hikmət Hacıyev qeyd edib.
Azərbaycan XİN-in sözçüsü bildirib ki, ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını aldı və Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçilik modeli əsasında Azərbaycan regionun aparıcı dövlətidir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub