Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

MTN-in keçmiş şöbə rəisi XİN yetkilisinin bəyanatını BİABIRÇILIQ ADLANDIRDI - AÇIQLAMA

Son günlər Ermənistanda baş verən hadisələr – hakimiyyət dəyişikliyi, “məxməri inqilab” bölgədə diqqətləri özünə cəlb edib. Ölkədəki nümayişlərin ardınca baş nazir postuna əyləşən Paşinyan digər xələfləri kimi Qarabağı diqqətdən kənar qoymayıb. Paşinyanın mayın 9-da baş tutan Qarabağ səfəri Azərbaycanda da müzakirələrə səbəb olub. Facebook sosial şəbəkəsində Paşinyandan sitat kimi yazılan “Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib” açıqlaması isə Azərbaycanda adi vətəndaşlardan tutmuş rəsmilərə, hətta Xarici İşlər Nazirliyinə qədər əks reaksiyalara səbəb oldu. Halbuki, qısa vaxt ərzində bəlli oldu ki, Paşinyan belə fikir səsləndirməyib, həmin sözləri işğalçı ölkə baş nazirinin Şuşaya səfərindən hiddətlənin təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl sarkazmla yazıb. İlham İsmayıl bu statusla əməlli-başlı gündəm yarada bildi.

MTN-in keçmiş şöbə rəisi XİN yetkilisinin bəyanatını BİABIRÇILIQ ADLANDIRDI - AÇIQLAMA

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə İlham İsmayılın fikirlərinə bu cür cavab verib: 

“Fərdi şəxslərin fikirlərini şərh etmirik. Ölkəmizdə fikir plüralizmi və media azadlığı təmin olunub. Amma hər kəsi ictimaiyyəti çaşdıracaq, məsuliyyətsiz və qeyri-etik davranışdan kənar durmağa, dezinformasiya və saxta xəbər yaymamağa çağırırıq”.

BiG.AZ -a açıqlama verən MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik - leytenant İlham İsmayıl isə yenə də fikirlərində qaldığını və statusunu istehza ilə yazdığını təkrar bəyan edib:

“Nikol Paşinyanın Azərbaycan torpaqlarına gəlib-getməsinə həm diplomatik həm də hərbi cəhətdən verdiyimiz cavablar yetərincə deyildi. Mən sarkazmla bu statusu yazmışam ki, özümüzünkiləri qınağa çəkim ki, Paşinyan az qaldı ki, bizim üzümüzə tüpürsün. Amma siz durub baxırsınız. Mən o statusla dövləti qınamışam. Statusumun da silinməsi isə mümkün deyil. O, statusa görə mənə niyə təzyiq edirlər. Günah özlərindədir. Deməlidirlər ki, Paşinyanın adından niyə onu yazmışam? Paşinyan gəlib deməliydi ki, üzünüzə tüpürüm. Onun işğal olunmuş torpaqlarımıza gəlməsindən artıq nə deməliydi. Mütləq deməlidir ki, qorxaqsınız. Biz onun gəlişinə cavab vermiriksək deməli dövlət olaraq qorxağıq. Mənim statusumun Paşinyandan başqa hissəsi də var. Onu niyə demirlər. Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin başına düşən qətnamələri görməmək qeyri-peşəkarlıqdır”. 

MTN-in keçmiş şöbə rəisi XİN yetkilisinin bəyanatını BİABIRÇILIQ ADLANDIRDI - AÇIQLAMA

İlham İsmayıl XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatına da münasibət bildirib və onun bəyanatını biabırçılıq adlandırıb:

“Ölkə olaraq bizim diplomatik danışıqları saxlayıb müharibə etməyə hüququmuz var. Ərazi bizimdir. BMT də bunu belə qəbul edib. Bir sözlə Paşinyanın pafos və hədə-qorxu dolu açıqlamalarına sərt şəkildə bəyanatlarla cavab verməliydik. Biz cəbhə bölgəsində kifayət qədər gərginlik yaratmalıydıq. Vertolyotu vurmaq lazım deyildi. Sadəcə göstərmək lazım idi ki, bir də gəlsə biz Paşinyanın gəldiyi vertolyotu vuracağıq. O, gəldi getdi. Mənim statusum olmasaydı jurnalistlər, politoloqlar, Xarici İşlər Nazirliyi nədən danışacaqdı? Konsert veririk Bulvarda? Paşinyan Qarabağ haqqında bəyanatlarını bizdən cavab almadıqca sərtləşdirəcək. Bizimkilər buna şərait yaradır. Bu da bizim reaksiyalarımızdan aslıdır. Həm hərbi, həm də diplomatik yollardan. Dövlətin verdiyi bəyanatlar çox zəifdir. Yetərli hesab etmirəm. Hikmət Hacıyevin dilindən çox biabırçı bəyanat vermişdilər. Buna Hikmət Hacıyev deyil, Xarici İşlər naziri bəyanat verməliydi. Ya da indiki baş nazir Novruz Məmmədovun vəzifəsini kim icra edirsə o bəyanat verməliydi. Artıq 24ildir ki, torpaqlarımız işğaldadır. Nə qədər gözləmək olar?”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...