Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb.
Mynews.az xəbər verir ki, bu fikirləri Gürcüstanda səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əflatun Amaşov deyib.
Qeyd edək ki, səfərdə millət vəkillərindən Rasim Musabəyov, Hikmət Məmmədov, Kamilə Əliyeva, Pərvin Kərimzadə və Naqif Həmzəyev də iştirak edirlər.
İşçi Qrupunun rəhbəri deyib ki, Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır.
Ə.Amaşovun sözlərinə görə, səfərin məqsədi qanunverici orqanlar arasında əlaqələrin genişlənməsinə dair məsləhətləşmələr aparmaq, eyni zamanda, burada yaşayan soydaşlarımızın həyat tərzi və qayğıları ilə maraqlanmaqdır.
O bildirib ki, Azərbaycan prezidentinin xarici siyasətində Gürcüstanla əlaqələrin inkişafı xüsusi yer tutur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub