Mayın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb. Mynews.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nazir Azərbaycan ilə Misir arasında mövcud ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun olaraq daim inkişaf etdiyini və hərbi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir. Səfir də öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini və diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq münasibətlərinin, eləcə də hərbi əlaqələrin inkişaf etdirilməsinə töhfəsini vermək üçün səylərini əsirgəməyəcəyini bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub