“Azərbaycanda blogger Aleksandr Lapşinin saxlanması ATƏT-in məsələsi deyil”.
Mynews.az -ın APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəliyinin Ermənistanın ATƏT-in Daimi Şurasında Aleksandr Lapşin məsələsini qaldırması ilə bağlı bəyanatında deyilir.
Azərbaycan nümayəndəliyi bildirib ki, cinayət işi ikitərəfli münasibətlər əsasında Azərbaycanla Belarus tərəfindən başladılıb:
“Aleksandr Lapşin bir neçə ölkənin vətəndaşıdır. Bu səbəbdən də həmin ölkələr hüquqi proseduru izləməklə bu məsələdə 3-cü tərəf qismində iştirak edir. Ermənistanın bu hüquqi məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur. Bu, bir daha onu göstərir ki, Ermənistan davamlı olaraq, xarici vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edir və daha sonra bundan özünün siyasi təbliğatında istifadə edir. Biz bir daha jurnalist və xarici vətəndaşları Azərbaycan tərəfinin razılığı olmadan işğal olunmuş ərazilərimizə qanunsuz səfərdən çəkinməyə çağırırıq”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub