Dünən Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın görüşü oldu. Ermənistanda Qərb institutları tərəfindən maliyyələşdirilən və Serj Sarkisyanın istefası, eləcə də son 10 ildə ölkəni idarə edən Respublika Partiyasının müxalifətə keçməsi ilə nəticələnən inqilab fonunda bu görüş diqqətəlayiq idi.
Putin və Paşinyan görüşdən öncə mətbuata açıqlamalarında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, gələcək münasibətlərin daha da möhkəmləndirilməsi kimi müsbət fikirlər səsləndirdi. Lakin Putin və Paşinyanın bağlı qapılar arxasında nələr müzakirə etdiyi maraqlıdır.
Ermənistan mediası qapalı görüşdə müzakirə olunan məsələlərlə bağlı bir sıra versiya irəli sürüb.
Birinci məsələ: erməni siyasi şərhçi Sarqis Artsruni iddia edir ki, Paşinyan Putindən Dağlıq Qarabağ münaqişəsində dəstək, həmçinin, Azərbaycana silah satışının məhdudlaşdırılmasını istəyib. Putinin cavabı isə diplomatik olub və Azərbaycanla Rusiya arasında ciddi əməkdaşlığın olduğunu vurğulayıb.
İkinci məsələ: Putin Paşinyandan Rusiyanın Ermənistandakı maraqlarının gələcəyi haqda soruşub. Paşinyan Moskvaya münasibətin dəyişməyəcəyini vəd edib.
Erməni şərhçi Ayk Xalatyan hesab edir ki, qapalı görüşdə Rusiya qazının Ermənistana daha güzəştli şəkildə satılması, ikitərəfli ticarətin artırılması və s. məsələlər də müzakirə olunub.
Lakin bu görüşün daha çox tanışlıq xarakteri daşıdığı və münasibətlərin bundan sonra aydınlaşacağını düşünənlər də var.
publika.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub