Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın qərarı ilə başlanan münaqişəyə xarici siyasət idarəsinin rəsmi mövqeyini açıqlayıb.
Mynews.az xəbər verir ki, Zaxarovanın sözlərin görə, hətta ABŞ-ın İsraildəki səfirliyinin Qüdsdə açılmasına baxmayaraq, bu ərazi hər iki ölkənin paytaxtı olmalıdır.
O bildirib ki, ABŞ-ın Qüdslə bağlı birtərəfli qərar hüquqi əhəmiyyət daşımır, çünki üç dinin beşiyi olan bu şəhər İsrail və Fələstinin birgə paytaxtı olmalıdır:
“Ancaq bu kompromis Yaxın Şərqdə sülhün saxlanılmasına səbəb ola bilər. Rusiya onilliklər ərzində dəstəklənmiş status-kvonun saxlanılmasının tərəfdarıdır. Problemi birtərəfli formada həll etmək olmaz”.
Zaxarova qeyd edib ki, bölgədəki gərginliyin artması mənfi nəticələrə səbəb ola bilər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub