Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) komitəsi tərəfindən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
S.Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir:
"Ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Dünən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir".
Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib.
Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş "Davranış Qaydaları" Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub