Deputat Çingiz Qənizadə Hesablama Palatasının üzvlərinin maaşlarının artırılmasına müsbət yanaşır.
Mynews.az xəbər verir ki, o, bu barədə Milli Məclisdə çıxışı zamanı danışıb.
Deputat qeyd edib ki, mətbuatda bu məsələ ilə bağlı bəzi fikirlərlə tanış olub:
“Bildirilir ki, üzvlərin maaşları ilə parlamentin sədr müavinlərinin, deputatlarının maaşı az qala eyni səviyyədədir. Amma mən hesab edirəm ki, Palatanın üzvlərinin maaşının artırılmasına ehtiyac var.
Bura Azərbaycandır. Bilirik ki, Hesablama Palatası da elə bir qurumdur ki, həmin qurumdan bir çox insanların xahişi ola bilər.
Zamanında yol polisində baş verən korrupsiyanın qarşısını almaq üçün onların maaşlarının artırılması məsələsinə baxdıq. Bu, müsbət nəticə verdi. Bu baxımdan, Palata üzvlərinin əməkhaqlarının artırılması təqdirəlayiqdir”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub