Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub.
Mynews.az-ın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə üç yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların bir yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil üç yaşından başlayır:
“Amma uşağı üç yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin bir yaşından başlanılmasına qərara alınıb.
Dünyada hətta 2-3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq bir il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda uşaqların bir yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.
Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub