Parlamentin bu gün keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov deputatlara ciddi irad tutub.
Mynews.az xəbər verir ki, Z. Əsgərov deputatların çıxışları zamanı gündəlikdəki məsələlərdən yayınmasına etiraz edib.
O, konkret olaraq, millət vəkili Zahid Orucun çıxışından sonra onun qismində digərlərinə də irad tutub:
“Burada AZAL-dan danışdınız, təyyarədən danışdınız, Gürcüstandan danışdınız, amma gündəlikdəki məsələ qaldı qıraqda. Heç hənanın yeridir? Bəsdirin də, mövzudan nə qədər yayınmaq olar?”
Qeyd edək ki, Z. Oruc çıxışında AZAL-ın fəaliyyətinə irad bildirib, eyni zamanda, hər bir məsələdə Gürcüstanın nümunə kimi göstərilməsini düzgün saymayıb.
Z. Oruc da öz növbəsində yerindən “Bəs harada danışmalıyıq? Elə burada danışmalıyıq da?!”, - deyərək Z.Əsgərova etirazını bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub