USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Rüstəm İbrahimbəyovun fəxri adlardan məhrum edilməsi istənilir "Xalqına nifrət edən, fəxri ad daşıya bilməz"

22:01 25.05.2018
Rüstəm İbrahimbəyovun fəxri adlardan məhrum edilməsi istənilir "Xalqına nifrət edən, fəxri ad daşıya bilməz"
22:01 25.05.2018

Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir. Onun "Qafqaz üçlüyü" filminə ziyalıların kəskin reaksiyası artmağa davam edir.

Milli.Az bildirir ki, Azərbaycanın tanınmış aktyorları və kinorejissorları Rüstəm İbrahimbəyovun bütün fəxri adlardan məhrum edilməsini təklif edirlər. Onlar Azərbaycan xalqına xəyanət, nifrət edən bir şəxsin xalq artisti, xalq yazıçısı adına layiq olmadığını bildirirlər.

Tarixi yaxşı bilən və iki yüz ildir ki, ermənilərin Azərbaycana qarşı soyqırımı həyata keçirdiyinin şahidi olan Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filmi ilə hər şeyi bir kənara qoyub "mən xainəm" sözünü hayqırmağa üstünlük verdi. Çünki ermənilərin etdikləri vəhşilikləri bilə-bilə onları məzlum xalq, azərbaycanlıları isə vəhşi kimi qələmə verməyin başqa açıqlaması ola bilməzdi.

Hətta bir səhnədə deyil, "Qafqaz üçlüyü" filminin demək olar başdan sona bütün süjet xəttində dəfələrlə azərbaycanlılar vəhşi, mədəniyyətsiz, ümumbəşəri dəyərlərdən uzaq bir xalq kimi göstərilir.

Azərbaycanın xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı bildirir ki, bir zaman Azərbaycanın rəhbəri olmaq üçün namizəd olan bir şəxsin həmin xalqa qarşı xəyanəti ancaq bu insanın xislətində olan dönüklük ruhu ilə izah oluna bilər.

Xalq artisti bildirir ki, Rüstəm İbrahimbəyovun 2015-ci ildə çəkdiyi bir filmi indi geniş yaymaq cəhdləri səbəbsiz deyil və bu, Azərbaycanda Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərinə ləkə yaxmaq məqsədi daşıyır.

Nurəddin Mehdixanlı xatırladır ki, Rüstəm İbrahimbəyovun azərbaycanlılara nifrət ruhu çoxdan özünü biruzə verib. Çünki onun yazdığı əsərlərdə azərbaycanlılar həmişə bir sıra keyfiyyətlərdən yoxsun, tənqidi ruhda əks olunub.

Azərbaycan Kinomatoqrafçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi Ənvər Əbluç da bildirir ki, Rüstəm İbrahimbəyov "Bir Cənub şəhəri" filmini çəkəndə orda azərbaycanlıları bir-birini bıçaqlayan obrazda vermişdi. Halbuki, həmin zamanlar gürcü rejissorları "Əsgər atası" filmi ilə özlərini qəhrəman kimi göstərirdilər. Ancaq bütün bunlara baxmayaraq Rüstəm İbrahimbəyov yaradıcılıqla məşğul olduğuna görə Azərbaycan xalqı onu dəyərləndirmiş və ona xalq yazıçısı, xalq artisti kimi fəxri adlar, fərdi təqaüd təyin edilmişdi. İndi isə Rüstəm İbrahimbəyov etdiyi açıq-aşkar xəyanətə görə bu fəxri adlardan məhrum edilməlidir. Çünki xalqına nifrət edən, o xalqın fəxri adını daşıya bilməz. Ona qarşı cəza tədbirləri həyata keçirilməlidir.

Ənvər Əbluç onu da xatırladır ki, zamanında prezidentlik iddiasında olanda da Azərbaycan xalqı haqlı olaraq ona meydan vermədi. Çünki hər an xarici dairələrə satılmağa hazır olan belə bir şəxs heç vaxt Azərbaycan xalqına layiq biri ola bilməzdi. Onun "Qafqaz üçlüyü" filmindəki xəyanətkar mövqeyi də bunu bir daha əyanı şəkildə hər kəsə göstərdi. /xezerxeber.az


Xəbər lenti

300x200r