Milli Məclisin sədri Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında O. Əsədovu Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər qarşılayıb.
O. Əsədov səfər çərçivəsində Tbilisidə Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Gürcüstan parlamentində baş tutacaq "İnkişaf üçün əməkdaşlıq - gələcək 100 il üçün strategiya" mövzusunda dəyirmi masaya da qatılacaq.
O. Əsədovun Gürcüstana səfəri sabah başa çatacaq.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub